İngiltərə finalda İspaniyanı məğlub edərək futbol üzrə Qadınlararası Avro-2025-in qalibi oldu

İngiltərə finalda İspaniyanı məğlub edərək futbol üzrə Qadınlararası Avro-2025-in qalibi oldu

10:19
Bəyəndim (4) Bəyənmədim (0)

Qadınlar arasında 2025-ci il Avropa çempionatının İngiltərə və İspaniya arasında final oyunu başa çatıb. Komandalar Bazeldəki (İsveçrə) "Sent –Yakob Park" stadionunda çıxış ediblər. Baş hakim qismində Stefani Frappar (Le Plessis-Bouchard, Fransa) çıxış edib.

Əsas və əlavə vaxt 1:1 hesabı ilə heç-heçə başa çatıb. Oyunun 25-ci dəqiqəsində İspaniya yığması hesabı açıb. Yarımmüdafiəçi Mariona Kaldentey fərqlənib. 57-ci dəqiqədə ingilis komandasının hücumçusu Alessia Russo hesabı bərabərləşdirib. Oyunsonrası penaltilərdə ingilis futbolçu qızlar daha dəqiq olublar - 3:1. Beləliklə, İngiltərə millisi ardıcıl ikinci dəfə turnirin qalibi olub.

Çempionat matçı DÇ-2023 finalının təkrarı idi. Həmin görüşdə ispaniyalı idmançılar 1 qol vuraraq qalib gəliblər.

İsveçrədə keçirilən qadınlar arasında futbol üzrə Avropa çempionatı bütün rekordları yeniləyib. Hər matça orta tamaşaçı sayı 20.000-dən çox olub. Mükafat fondu 41 milyon avro - Avro-2022-dən 2,5 dəfə çoxdur. Turnirin 31 oyununda 106 qol vurulub.

Almaz Həsənli