Mourinyo Portuqaliya millisi ilə 2030-cu ildə keçiriləcək dünya çempionatına getmək istəyir

Mourinyo Portuqaliya millisi ilə 2030-cu ildə keçiriləcək dünya çempionatına getmək istəyir

23 İyul 12:43
Bəyəndim (4) Bəyənmədim (0)


"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo Portuqaliya millisinə rəhbərlik etmək istədiyini bildirib.
"Dünya çempionatına Portuqaliya millisi və ya başqa ölkənin komandası ilə getmək istəyirəm. Amma düşünürəm ki, bu, Portuqaliya olmalıdır! Mən özümü Portuqaliya Futbol Federasiyasına təklif etmirəm, hər şey təbii şəkildə baş verməlidir. Bu, bir gün olacaq!"- Mourinyo Portuqaliyanın “Canal 11” telekanalının efirində deyib.
2030-cu il dünya çempionatı iyunun 13-dən iyulun 21-dək İspaniya, Portuqaliya və Mərakeşdə keçiriləcək. Uruqvay, Argentina və Paraqvay turnirin hər biri bir açılış oyununa ev sahibliyi edəcək.
Almaz Həsənli