"Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub

"Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub

21 İyul 15:44
Bəyəndim (3) Bəyənmədim (0)


Bu gün Nyonda (İsveçrə) futbol üzrə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyanın “Şelburn” komandası üzərində qələbə qazanacağı təqdirdə Azərbaycan çempionu “Qarabağ” bu cütün qalibi ilə oynayacaq:
Şkendiya (Şimali Makedoniya) / FCSB (Rumıniya)
3-cü təsnifat mərhələsinin oyunları avqustun 5/6 və 12-də keçiriləcək.
Ağdam təmsilçisi Çempionlar Liqasının ikinci təsnifat mərhələsində İrlandiya “Şelburn”unu keçə bilməsə, o zaman qitənin ikinci mühüm klub turnirinin “Riyeka” (Xorvatiya) – “Ludoqorets” (Bolqarıstan) cütlüklüyünün uduzan komandası ilə qarşılaşacaq.
Xatırladaq ki, bu il ağdamlılar ötən mövsüm Avropa Liqasının əsas mərhələsində FCSB ilə qarşılaşıb və Bakıda 2:3 hesabı ilə uduzub. Ötən il də Çempionlar Liqasının seçmə mərhələsi çərçivəsində Bolqarıstanın “Ludoqorets” komandası ilə qarşılaşıblar (1:2, 7:2).
Oxuməni.az