İsveçdə  "Stockholm  Cup of Nations 2025" mini-futbol turniri keçirilib

İsveçdə  "Stockholm  Cup of Nations 2025" mini-futbol turniri keçirilib

21 İyul 11:34
Bəyəndim (2) Bəyənmədim (0)

İyul ayının 12-13-də İsveçin paytaxtı Stokholmda müxtəlif beynəlxalq diasporların nümayəndələri və ölkələrini təmsil edən ictimai təşkilatlar arasında "Stockholm Cup of Nations 2025" mini-futbol turniri keçirilib. Mini-futbol turnirinin təşkilatçısı, tanınmış məşqçi Stockholm United Sport Academy SUSA-nın rəhbəri Rüfət Əhmədovun Oxuməni.az-a verdiyi xəbərə görə sayca 4-cü olan mini futbol turnirində 8 qrupda 32 komanda mübarixə aparıb. Gərgin mübarizə şəraitində keçən oyunun finalında Uruqvay Meksika komandasının 3:0 hesabı ilə qalib gələrək fəxri mükafatın sahibi olub.

Ortada Rüfət Əhmədov

Yeri gəlmişkən onu da deyək ki, Azərbaycan komandası 2022-ci ildə keçirilən futbol turnirində iştirak edərək 3-cü yeri tutub. O vaxt Azərbaycan komandasını yarşlara Rüfət Əhmədov hazırlamışdı. Təəssüflər olsun ki, Azərbaycan komandası Rüfət Əhmədovdan asılı olmayan səbəblərdən son iki turnirdə çıxış edə bilməyib. Bununla belə tanınmış məşqçi Rüfət Əhmədov gələn il Azərbaycan komandasının bu turnirdə iştirak etməsi üçün əlindən gələni edəcəyini bildirib.

İlk turnir 21-23 oktyabr 2022-ci il tarixlərində Bergshamra IP-də oynanıldı.

Finalda Albaniya – Braziliya 2-1 hesabı ilə qalib gəlib.

Azərbaycan komandası həmin turnirdə fəxri 3-cü yeri tutmuşdur.

İkinci turnir 20-22 oktyabr 2023-cü il tarixlərində Örvallendə oynanıldı.

Finalda Ukrayna - Nigeriyaya 2-1 hesabı ilə qalib gəlib.

Üçüncü turnir 19-21 iyul 2024-cü il tarixlərində Hallonbergens BP-də keçirilmişdir.

Finalda Tanzaniya – Özbəkistana 1-0 hesabı ilə qalib gəlib.

Əziz Mustafa