
“Real” Madrid bir mövsümdə futbol klubları arasında gəlir rekordunu yenilədi
Komandanın rəsmi saytı xəbər verir ki, “Real Madrid” transfer gəlirləri nəzərə alınmadan bir mövsümdə futbol klubunun gəliri üzrə rekorda imza atıb.
2024/25 mövsümündə “Real№ Madridin gəliri əvvəlki mövsümdən 10% artaraq 1,185 milyard avro təşkil edib. 2023/24 mövsümünün sonunda “Real” Madrid tarixdə bir milyard avro gəlir əldə edən ilk klub oldu.
Ötən mövsüm "Real” Madrid UEFA Superkubokunu qazanıb, İspaniya çempionatında ikinci olub, klublararası dünya çempionatının yarımfinalına və Çempionlar Liqasının 1/4 finalına yüksəlib.
Almaz Həsənli
Digər xəbərlər