“PSJ” "Real Madrid"i darmadağın edərək Klublararası Dünya Çempionatının finalına yüksəlib

“PSJ” "Real Madrid"i darmadağın edərək Klublararası Dünya Çempionatının finalına yüksəlib

10 İyul 11:27
Bəyəndim (4) Bəyənmədim (0)


2025-ci il Klublararası Dünya Çempionatının yarımfinal mərhələsinin “PSJ” – “Real” Madrid oyunu başa çatıb. Komandalar İst-Raterfordda (Nyu Cersi, ABŞ) “MetLife Stedium” stadionunda görüşüblər və “PSJ”-nin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Baş hakim qismində polşalı Şimon Marçiniak çıxış edib.
6-cı dəqiqədə Fabian Ruis qola imza atıb. Üç dəqiqə sonra Usman Dembele parislilərin üstünlüyünü dubl edib. 24-cü dəqiqədə Ruis dubla imza atıb. “Real Madrid”ə son qolu 87-ci dəqiqədə Qonsalu Ramuş vurub.
Bu qarşılaşma Luka Modriç və Lukas Vaskes üçün “Real” Madridin heyətində sonuncu olub.
Finalda “PSJ” "Çelsi" ilə qarşılaşacaq. Oyun bazar gününə, iyulun 13-nə planlaşdırılıb. Komandalar “MetLife” Stadiumunda qarşılaşacaq.
İyunun 14-dən iyulun 13-dək ABŞ-da klublararası dünya çempionatı keçirilir.Bu il yeni formatda keçirilir və turnirdə altı qitə konfederasiyasından 32 komanda iştirak edir. Müsabiqənin mükafat fondu bir milyard dollardır.
Almaz Həsənli