“Çelsi” FİFA Klublararası Dünya Çempionatının ilk finalçısı oldu

“Çelsi” FİFA Klublararası Dünya Çempionatının ilk finalçısı oldu

11:51
Bəyəndim (4) Bəyənmədim (0)

İngiltərənin "Çelsi" klubu dünya çempionatının yarımfinalında Braziliyanın "Fluminense" klubunu məğlub edib.

İst -Ruterfordda (Nyu Cersi, ABŞ) “MetLife” stadionunda keçirilən qarşılaşma 2:0 hesabı ilə başa çatıb. Hər iki qolu Joao Pedro vurub.

Matçın 36-cı dəqiqəsində "Çelsi"nin müdafiəçisi Trevo Çaloba öz cərimə meydançasında olarkən top onun əlinə dəyib. Matçın baş hakimi Fransua Leteksie əvvəlcə ingilis komandasının qapısına penalti təyin etsə də, VAR-la əlaqə saxladıqdan sonra qərarını dəyişib.

Turnirin ikinci finalçısı bu gün İspaniyanın “Real”ı ilə Fransanın PSJ-si arasında keçiriləcək görüşdə müəyyənləşəcək.

Xatırladaq ki, klublararası dünya çempionatının oyunları 2025-ci il iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçirilir.

2025-ci il Klublararası Dünya Çempionatının finalı bazar günü, iyulun 13-də İst-Raterfordda (Nyu Cersi, ABŞ) “MetLife Stedium” stadionunda keçiriləcək.

Almaz Həsənli