ABŞ-da klublararası dünya çempionatının yarımfinal mərhələsinə start verilib

ABŞ-da klublararası dünya çempionatının yarımfinal mərhələsinə start verilib

14:35
Bəyəndim (2) Bəyənmədim (0)


Bu gün, iyulun 8-də "Fluminense" və "Çelsi" klubları 2025-ci il Klublararası Dünya Çempionatının birinci yarımfinal matçında qarşılaşacaqlar. Oyun İst-Raterfordda (Nyu Cersi, ABŞ) “MetLife Stedium” stadionunda keçiriləcək.
23:00. (Bakı vaxtı ilə) "Fluminense" (Braziliya) - "Çelsi" (İngiltərə)
1/4 finalda Braziliya komanması “Əl-Hilal”ı 2:1, ingilislər isə “Palmeyrası” üstələyib – 2:1.
Paralel yarımfinalda “Real” Madrid və “Paris Saint-Germain” komandaları qarşılaşacaq, oyun iyulun 9-da baş tutacaq.
Qarşılaşma İst-Raterfordda (Nyu Cersi, ABŞ) “MetLife Stedium” stadionunda keçiriləcək.
23:00. (Bakı vaxtı ilə) PSJ (Fransa) - Real Madrid (İspaniya)
1/4 finalda Fransa klubu "Bavariya"ya 2:0 hesabı ilə inamlı qalib gəlib. Turnirin 1/4 finalında İspaniya komanması Dortmund "Borussiya"sını məğlub edib - 3:2.
Xatırladaq ki, klublararası dünya çempionatının oyunları 2025-ci il iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçirilir.
2025-ci il Klublararası Dünya Çempionatının finalı bazar günü, iyulun 13-də İst-Raterfordda (Nyu Cersi, ABŞ) “MetLife Stedium” stadionunda keçiriləcək.
Almaz Həsənli