"Liverpul"un futbolçusu Dioqu Jota avtomobil qəzasında ölüb

"Liverpul"un futbolçusu Dioqu Jota avtomobil qəzasında ölüb

3 İyul 13:48
Bəyəndim (3) Bəyənmədim (0)

"Liverpul"un portuqaliyalı vingeri Dioqu Jota İspaniyanın qərbindəki Zamora əyalətində avtomobil qəzasında həlak olub. Bu barədə Oxuməni.az “Championat.com”a istinadla xəbər verir ki, məlumatı "Marca" internet nəşri yaıb. Futbolçunun 28 yaşı var idi.

Faciə futbolçunun toyundan 10 gün sonra baş verib. O, eyni məktəbdə oxuduğu və 10 ildən çox görüşdüyü sevgilisi Ruta Kardoso ilə ailə həyatı qurub. Cütlüyün üç övladı var idi.

Xatırladaq ki, Jota qardaşı ilə şosse ilə hərəkət edirdi. Avtomobil yoldan çıxaraq yanıb. Dioqu və 26 yaşlı qardaşı Andre ölüb.

Jota daha çox "Liverpul"dakı çıxışları ilə tanınır. Bu klubun tərkibində portuqaliyalı İngiltərə çempionu olub, ölkə kubokunu və İngiltərə Liqa kubokunu qazanıb. Dioqu 2020-ci ildən "qırmızılar"da çıxış edir. Portuqaliyalı futbolçu əvvəllər "Vulverhempton", "Atletiko Madrid", "Portu" və "Paços de Ferreyra" klubunun şərəfini qoruyub.

Portuqaliya millisi ilə birlikdə Jota iki dəfə UEFA Millətlər Liqasının qalibi olub.

Almaz Həsənli