
2025-ci il klublararası dünya çempionatının 1/8 final mərhələsinin bütün iştirakçıları bəlli olub
Cümə günü, iyunun 26-da klublararası dünya çempionatının qrup mərhələsi başa çatıb və pley-off mərhələsinin bütün iştirakçıları məlum olub. 1/8 final mərhələsində 16 klub turnirdə qələbə uğrunda mübarizəni davam etdirəcək.
Son turda "Real Madrid" "Zalsburq"u (3:0), "Əl-Hilal" isə Meksikanın "Paçuka" klubunu (2:0) məğlub edərək klublararası dünya çempionatının pley-off mərhələsinə yüksəliblər.
2025 FIFA Klublararası Dünya Çempionatının 1/8 final mərhələsinin bütün cütləri:
“Palmeiras” – “Botafoqo”
“Benfika” və “Çelsi”
“İnter” və “Fluminense”
“Mançester Siti” – “Əl-Hilal”
“PSJ” – “İnter Mayami”
“Flamenqo” – “Bayern”
“Real Madrid” və “Yuventus”
“Borussia” Dortmund – “Monterrey”
FIFA Klublararası Dünya Çempionatının 1/8 final mərhələsinə iyunun 28-də “Palmeyras” – “Botafoqo” matçı ilə start veriləcək.
FIFA klublararası dünya çempionatı ABŞ-da keçirilir. İlk dəfə olaraq səkkiz qrupa bölünən 32 komanda burada iştirak edir.
Final qarşılaşması iyulun 13-də baş tutacaq.
Almaz Həsənli