
"Bavariya" "Boka Xuniors"u məğlub edərək pley-offa vəsiqə qazanıb
Klublararası dünya çempionatının C qrupunun ikinci turunda "Bavariya" "Boka Xuniors"u məğlub etməkdə çətinlik çəkib - 2:1! Mayami Qardensdə keçirilən matçın ilk hissəsində komandalar arasında bərabər mübarizə gedib. Bununla belə“Oklend”lə oyunda yaxşə təsir bağışlayan akit Harri Keyn 19-ci dəqiqədə əla zərbə ilə hesabı açıb.
Buraxılan qoldan sonra argentinalılar daha fəal oyun nümayiş etdirdilər. Bununla birinci hissədə hesab dəyişmədi. . İkinci 45 dəqiqənin ortalarında argentinalılar Merintielin vurduğu qoll hesabı bərabərlişdirdilər. Lakin argentinalılar bu hesabı qoruyub saxlaya bilmədilər. Oyunun başa çatmasına 6 dəqiqə qalmış Olişe Keynin ötürməsindən uzaq aşağı küncə dəqiq zərbə endirərək komandasını hesabda irəli çıxardı. Bundan sonra "Bavariya" daha bir neçə dəfə qol vura bilərdi, lakin tablodakı hesab dəyişmədi. Bununla da "Bavariya" pley-off mərhələsinə vəsiqə qazanıb.
Əziz Mustafa