
Klublararası dünya çempionatında “Palmeyras” “Əl Əhli”ni məğlub edib
İyunun 19-da MetLife Stadiumunda (İst Ruterford, Nyu-Cersi, ABŞ) Braziliyanın “Palmeyras”ı ilə Misirin “Əl Əhli” klubu arasında 2025-ci il Klublararası Dünya Çempionatının qrup mərhələsinin oyunu keçirilib.
49-cu dəqiqədə Braziliya yığması Vessam Əbu Əlinin avtoqola imza atmasından sonra önə keçib, 59-cu dəqiqədə isə Xose Lopez dubl edib.
62-ci dəqiqədə qasırğa təhlükəsi səbəbindən oyun yarımçıq kəsilib və tamaşaçılardan arenanı tərk edərək sığınacaq tapmaq tələb olunub. 40 dəqiqədən sonra oyun davam etdirilib.
A qrupuna dörd xalla “Palmeyras” başçılıq edir." Əl-Əhli" dördüncüdür (bir xal). İyunun 24-də keçiriləcək kvartetin final oyununda Braziliya komandası “İnter Mayami” ilə, “Əl Əhli” isə həmin gün “Porto” ilə qarşılaşacaq.
FIFA Klublararası Dünya Çempionatı 2025-ci il iyunun 15-də başlayıb və iyulun 13-dək davam edəcək. Turnirdə dörd komandadan ibarət səkkiz qrupa bölünən 32 klub iştirak edir. Hər qrupdan iki ən yaxşı komanda pley-off mərhələsinə yüksələcək.
Əziz Mustafa