Gürcüstan milli komandasının futbolçuları Kannda istirahət zamanı qarət ediliblər

Gürcüstan milli komandasının futbolçuları Kannda istirahət zamanı qarət ediliblər

16:27
Bəyəndim (1) Bəyənmədim (0)


Kannda istirahət zamanı gürcü futbolçular Xviça Kvaratsxeliya və Zuriko Davitaşvilinin qaldığı ev qarət edilib.Bu barədə Oxuməni.az «SOVA.NEWS»a iatinadla xəbər verir.
Bildirilir ki, qızıl-zinət əşyaları, çantalar və saatlar oğurlanıb...
"Öyrəndiyimiz kimi, oğurluq oyunçular ailə üzvləri ilə çöldə olarkən baş verib. Xoşbəxtlikdən heç kim xəsarət almayıb", - “Geo Team” yazır.
2022-ci ildə Neapolda Xviça Kvaratsxeliyanın avtomobili oğurlanmışdı, lakin polis onu bir neçə saat sonra tapdı.
Xatırladaq ki, Xviçanın 2025-ci ilin yanvarından çıxış etdiyi Fransanın "Paris Saint-Germain" klubu UEFA Çempionlar Liqasının finalında "İnter"i məğlub edərək tarixində ilk dəfə turnirin qalibi olub. Münhendə keçirilən görüş 5:0 hesabı ilə başa çatıb - qollardan birini Kvaratsxeliya vurub.
Almaz Həsənli