
Dünyanın ən bahalı futbolçularının reytinqi açıqlanıb
İyunun 4-də Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES Football Observatory) dünyanın ən bahalı futbolçularının reytinqini dərc edib. 402,3 milyon avroluq transfer dəyəri ilə siyahıya İspaniya millisinin hücumçusu, oyunun kralı Pele ilə yanaşı əsas futbol vunderkindi adlandırılan 17 yaşlı Lamin Yamal başçılıq edir.
Futbolçunun mayın 27-də "Barselona" ilə yeni müqavilə imzaladıqdan sonra yeni müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədə olacaq. İndi CIES Yamalı 402,3 milyon avro qiymətləndirir. Yanvar ayında CIES ən bahalı futbolçuların illik reytinqini təqdim edəndə ispaniyalı 108,3 milyon avro dəyərində qiymətləndirilirdi.
Reytinqin ilk 10-luğuna həmçinin: Erlind Holand (Mançester Siti, € 239,6 mln.), Cud Bellinqhem (Real Madrid, € 233,8 mln.), Kilian Mbappe (Real Madrid, €192,5 mln.), Camal Musiala (Bavariya, €154,8 mln.), Pedri (Barselona, €154,8 mln.), Vinisius Junior (“Real Madrid”, €130,4 mln.), Koul Palmer (“Çelsi”, €126,5 mln.), Xulian Alvares (“Atletiko”, €126 mln.) və Florian Virts (“Bayer”, €122,3 milyon avro).
Yamal ötən yay Avropa çempionatının ən yaxşı gənc oyunçusu, ən gənc oyunçu kimi avronun rekordçusu və turnir tarixində qol müəllifidir. İspaniya həmin turnirin qalibi oldu.
2024-cü ilin noyabrında futbolçu Avropanın ən yaxşı gənc futbolçusu kimi “Golden Boy” mükafatını aldı.
Ötən mövsüm Yamal "Barselona" ilə çempionluq və İspaniya kubokunu qazanıb. Futbolçu bütün turnirlərdə 55 oyun keçirib, 18 qol vurub və 25 məhsuldar ötürmə edib.
Almaz Həsənli