"Krasnodar" "Dinamo"nu 3:0 hesabı ilə məğlub edərək Rusiya çempionu olub

"Krasnodar" "Dinamo"nu 3:0 hesabı ilə məğlub edərək Rusiya çempionu olub

25 May 10:12
Bəyəndim (0) Bəyənmədim (0)

Mayın 24-də Rusiya Premyer Liqasında (RPL) yeni ölkə çempionu müəyyənləşən son turun oyunları keçirilib. Son turda paytaxtın "Dinamo"suna 3:0 hesabı ilə qalib gələn "Krasnodar" öz tarixində ilk dəfə Rusiya çempionu olub. İkinci və üçüncü yerləri isə Sankt-Peterburqun "Zenit"i və Moskvanın ÇSKA (MOİK) klubları qazanıb, "Orenburq" və Voronej "Fakel"i isə mövsümü Birinci Liqaya birbaşa düşmə zonasında başa vurub.

Öz tarixində ilk dəfə çempionluğu bayram edən "Krasnodar" klubunun baş məşqçisi Murad Musayev "Dinamo" üzərində qələbədən sonra uzun müddət azarkeşlər tərəfindən alqışlanıb. O mətbuata verdiyi açıqlamada deyib ki, qələbə heç də asan olmadı və biz çempionluğa doğru addım-aadım irəlilədik və əsas izləyicimiz olan "Zenit" cəmi bir xal qabaqlayaraq qələbəni bayram edirik:

"Hər kəsi çempionluq münasibəti ilə təbrik edirik! Bu, klubun tarixində, şəhərimizin hər bir sakini üçün böyük bir gündür. Biz birlikdə bu qələbəni bayram edirik. İçimdəki bütün hissləri ifadə edə bilmirəm. Bütün bunları anlamaq üçün mənə daha bir neçə gün lazımdır. Fantastik bir mövsüm idi, çox çətin idi. Hər bir qələbə böyük zəhmətlə əldə edilirdi. Hamı çalışdı və inanırdı ki, biz buna nail ola bilərik. Heç kim rahatlamadı. Böyük gündür. Tarix yazdıq. Hər kəsi qələbə münasibətilə təbrik edirik!"

Əziz Mustafa, Oxuməni.az