17 yaşlı Lamin Yamal "Barselona" ilə müqaviləsini 2030-cu ilə qədər uzadacaq

17 yaşlı Lamin Yamal "Barselona" ilə müqaviləsini 2030-cu ilə qədər uzadacaq

23 May 13:16
Bəyəndim (4) Bəyənmədim (0)


"Barselona"nın yarımmüdafiəçisi Lamin Yamal klubu ilə müqaviləsini uzadacaq. Oxuməni.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) jurnalist Nikolo Skira məlumat verib.
Qeyd olunur ki, yeni müqavilənin müddəti 2030-cu ilə qədər hesablanacaq.Futbolçunun maaşı illik 9 milyon avro və bonuslar olacaq. Onun maaşı 18 milyon avroya çatana qədər ildən-ilə artacaq.
İspaniya çempionatının cari mövsümündə 17 yaşlı Lamin Yamal 34 oyun keçirib, o, 9 qol vurub və 13 məhsuldar ötürmə edib. Gənc futbolçunun UEFA Çempionlar Liqasında da 13 oyun, 5 qol və 3 məhsuldar ötürməsi var.
Almaz Həsənli