"Qarabağ" "Beşiktaş"ın sabiq hücumçusu Vinsent Abubakarla danışıqlar aparır

"Qarabağ" "Beşiktaş"ın sabiq hücumçusu Vinsent Abubakarla danışıqlar aparır

10:18
Bəyəndim (3) Bəyənmədim (0)

Kamerun millisinin hücumçusu Vinsent Abubakarın "Qarabağ"a keçə biləcəyi ilə bağlı yayılan xəbərlər futbolçunun vətənində geniş rezonans doğurub.

Oxuməni.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 33 yaşlı forvardın nümayəndələri hazırda Ağdam klubu ilə müqaviləsinin maliyyə tərəfi ilə bağlı danışıqlar aparır.

Türkiyənin "Hatayspor" klubundan ayrıldıqdan sonra hazırda azad agent statusunda olan Abubakar karyerasını Azərbaycanda davam etdirməyin əleyhinə deyil. Təcrübəli hücumçu UEFA Çempionlar Liqasına qayıtmaqda maraqlı olduğundan "Qarabağ"la variant onu qane edir.

Vinsent Abubakar karyerası ərzində “Porto”, “Beşiktaş”, “Əl-Nasr” kimi məşhur klublarda çıxış edib.

Almaz Həsənli