
Avropa Liqasının Finalı: "Tottenhem" (İngiltərə) - "Mançester Yunayted" (İngiltərə)
Bu gün, mayın 21-də İngiltərənin “Tottenhem” və “Mançester Yunayted” klubları arasında UEFA Avropa Liqasının 2024/2025-ci il mövsümünün finalı keçiriləcək. Oyun İspaniyanın Bilbao şəhərindəki "San Mames Barria" stadionunda keçiriləcək. Feliks Tsvayer baş hakim funksiyasını yerinə yetirəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Avropa Liqasının hazırkı qalibi “Atalanta”dır. Ötənilki finalda İtaliya komandası Almaniyanın “Bayer” komandasına qalib gəlmişdi.
“Tottenhem” öz tarixində heç vaxt avrokuboklarda qalib gəlməyib. "Yunayted" sonuncu dəfə 2017-ci ildə Avropa Liqasının qalibi olub. 2021-ci ildə "qırmızı şeytanlar" finalda oynasa da, "Vilyarreal"a uduzub.
Bu qarşılaçma bir “amma” olsa da, Avropa Liqasının finalına layiq görüş olacaq. Qalib rekorda imza atacaq: tarixdə heç vaxt öz liqasında 16 və ya 17-ci yeri tutan komanda Avrokuboku qazanmayıb. Premyer Liqada bu yerdən aşağıdakı yerlər aşağı liqaya düşmə zonasıdır.Bu mövsüm "Qırmızı şeytanlar"üçün tarixinin ən pis mövsümü, "Mahmızlar" üçün isə1977-ci ildən bəri ən pis mövsüm hesab oluna bilər. Hər iki nəhəng azarkeşləri depressiyaya salıb, lakin onlar mövsümü xilas edə bilirlər – Avropa Liqasında qələbə hamıya lazımdır.
Almaz Həsənli