
Yamal yeni mövsümdən "Barselona"da on nömrə altında çıxış edəcək
“Barselona”nın yarımmüdafiəçisi Lamin Yamal yeni mövsümdə on nömrə altında çıxış edəcək, İspaniyanın “Memorabilia1899.co” resursu X sosial şəbəkəsində yazır.
Hazırda Yamal 19 nömrə altında oynayır, on nömrə Ansu Fatiyə məxsusdur. Mənbənin sözlərinə görə, Yamala iyulun 13-də, 18 yaşı tamam olanda ona on rəqəmi veriləcək.
Bu gün Yamalın "Barselona" ilə yeni müqavilə imzalayacağı da gözlənilir. Hazırkı müqavilə 2026-cı ilin iyun ayına qədər qüvvədədir.
İspaniya çempionatının cari mövsümündə Yamal 9 qol vurub və 13 məhsuldar ötürmə edib.
Almaz Həsənli
Digər xəbərlər