“Qalatasaray” 25-ci dəfə Türkiyə çempionu oldu

“Qalatasaray” 25-ci dəfə Türkiyə çempionu oldu

10:22
Bəyəndim (2) Bəyənmədim (0)

“Qalatasaray” mövsümün sonuna iki tur qalmış vaxtından əvvəl futbol üzrə Türkiyə çempionu olub.

Bazar günü İstanbuldakı “RAMS Park” stadionunda 36-cı turun matçında "Qalatasaray" "Kayserispor"u 3:0 hesabı ilə məğlub edib. Viktor Osimhen, Barış Yılmaz və qapıçı Fernando Muslera penaltidən fərqləniblər.

“Qalatasaray” 89 xal toplayıb və ən yaxın izləyicisi “Fənərbaxça” (81 xal) üçün əlçatmaz olub.

İstanbul klubu ardıcıl 3-cü dəfə ölkə çempionu olmaqla 25 qat Türkiyə çempionu olub. "Qalatasaray" Super Liqada ən çox qələbə qazanan klubdur.

Almaz Həsənli