
"Barselona" 28-ci dəfə İspaniya çempionu olub
Cümə axşamı, mayın 15-də Kataloniya “Barselona”sı İspaniya La Liqasının 2024/2025 mövsümünün 36-cı turunda “Espanyol”a qalib gəlib (2:0). Beləliklə, göy-qırmızılar mövsümün sonuna iki tur qalmış İspaniya çempionluğunu qazanıblar. "Barselona" 28-ci dəfə La Liqanın qalibi olub. Yalnız “Real” Madrid daha çox çempionluq qazanıb (36).
53-cü dəqiqədə "Barselona"nın cinah oyunçusu Lamin Yamal hesabı açıb. Oyunun yekun nəticəsini 90+6-cı dəqiqədə yarımmüdafiəçi Fermin Lopes müəyyən edib - 2:0.
La Liqanın 2024/25 mövsümünün turnir cədvəlinə 36 oyundan sonra 85 xalı olan "Barselona" başçılıq edir. Növbəti mərhələdə Hansi Flikin komandası “Vilyarreal”la qarşılaşacaq. Qarşılaşma mayın 18-də baş tutacaq.
Almaz Həsənli
Digər xəbərlər