Ronaldo Forbes tərəfindən dünyanın ən çox qazanan idmançısı seçilib

Ronaldo Forbes tərəfindən dünyanın ən çox qazanan idmançısı seçilib

07:48
Bəyəndim (4) Bəyənmədim (0)

Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo “Forbes” jurnalının versiyasına görə dünyanın ən çox qazanan idmançısı olub. O, ardıcıl üçüncü dəfə siyahıya başçılıq edir.

Nəşrin məlumatına görə, 2024-cü il mayın 1-dən 2025-ci il mayın 1-dək olan müddətdə Ronaldo 275 milyon dollar qazanıb ki, bunun da 225 milyon dolları maaş və müxtəlif mükafatlar, qalan 50 milyon dolları isə sponsorluq müqavilələri üzrə ödənişlər olub.

Ümumilikdə siyahıda 50 idmançı yer alıb. İkinci yeri 156 milyon dollar (56 milyon dollar üstəgəl 100 milyon dollar) qazanan 4 qat Milli Basketbol Assosiasiyasının (NBA) çempionu və "Golden State Warriors"un mühafizəçisi amerikalı Stiven Karri tutub. İlk üçlüyə britaniyalı boksçu Tayson Fyuri də düşüb. Onun qazancı 146 milyon dollar (140 milyon dollar üstəgəl 6 milyon dollar) olub.

İlk onluğa həmçinin amerikalı futbolçu Dak Preskott (137 milyon dollar), futbolçu Lionel Messi (135 milyon dollar), basketbolçu LeBron Ceyms (133 milyon dollar), beysbolçu Xuan Soto (114 milyon dollar), futbolçu Kərim Benzema (104 milyon dollar), beysbolçu Şohey Ohtani (102 milyon dollar), Kevinant (102 milyon dollar) daxildir.

Əziz Mustafa, Oxuməni.az