“PSJ” cavab oyununda "Arsenal"ı məğlub edərək Çempionlar Liqasının finalına yüksəlib

“PSJ” cavab oyununda "Arsenal"ı məğlub edərək Çempionlar Liqasının finalına yüksəlib

8 May 10:12
Bəyəndim (3) Bəyənmədim (0)

UEFA Çempionlar Liqasının yarımfinalının “PSJ” – “Arsenal” cavab oyunu başa çatıb. Komandalar Parisdəki "Park des Princes" stadionunda qarşılaşıblar. Qarşılaşmanın baş hakimi qismində almaniyalı Feliks Tsvayer çıxış edib. Meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.

Qarşılaşmanın 27-ci dəqiqəsində yarımmüdafiəçi Fabian Ruis hesabı açıb. 69-cu dəqiqədə “PSJ” penalti vurmaq hüququ əldə edib. "Arsenal"ın qapıçısı David Rayia portuqaliyalı yarımmüdafiəçi Vitinyanın zərbəsini dəf edib. 72-ci dəqiqədə “PSJ”-nin müdafiəçisi Əşrəf Hakimi meydan sahiblərinin fərqini dubl edib. "Arsenal"ın cinah oyunçusu Bukayo Saka 77-ci dəqiqədə hesabdakı fərqi azaldıb.

Beləliklə, “PSJ” Çempionlar Liqasının yarımfinalında cəmi (3:1) qalib gələrək turnirin finalına yüksəlib. Bundan əvvəl "İnter" Kataloniya "Barselona"sından güclü olduğunu sübut edərək Çempionlar Liqasının final oyununda iştirak etmək hüququ qazanıb.

Çempionlar Liqasının həlledici görüşündə “PSJ” mayın 31-də Münhendə “Allianz Arena”da "İnter"lə qarşılaşacaq.

Almaz Həsənli