UEFA Çempionlar Liqasının pley-off mərhələsində əlavə vaxtı ləğv edə bilər

UEFA Çempionlar Liqasının pley-off mərhələsində əlavə vaxtı ləğv edə bilər

25 Aprel 12:01
Bəyəndim (0) Bəyənmədim (0)


Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Çempionlar Liqasının formatında bir sıra dəyişikliklər edə bilər. Oxuməni.az xəbər verir ki,bu barədə “Bild” məlumat yayıb.
Mənbənin məlumatına görə, UEFA Klub Yarışları Komitəsi mayın 30-da Münhendə üç məsələyə baxacaq.
Təşkilat üzvləri turnirin pley-off mərhələsində əlavə vaxtın ləğvini müzakirə edəcəklər. Qayda qəbul olunarsa, o zaman iki matçın sonunda heç-heçə qeydə alınarsa, dərhal penaltilər tətbiq olunacaq.
Həmçinin, ümumi mərhələnin sonunda ilk 8-liyə daxil olan komandalar pley-off mərhələsinin bütün cavab görüşlərini daha aşağı reytinqli rəqiblərə qarşı evdə keçirmək hüququ əldə edə bilər. Hazırda bu, yalnız 1/8 finala aiddir.
Bundan əlavə, UEFA 1/4 finala qədər klubları bir ölkədən ayırmağı planlaşdırır. Hazırda ümumi mərhələdən sonra heç bir məhdudiyyət yoxdur.
Qərar müsbət olarsa, Klub Yarışları Komitəsi bu təklifləri UEFA İcraiyyə Komitəsinə təqdim edəcək.
Almaz Həsənli