Ronaldo tarixi və nailiyyətləri

Ronaldo tarixi və nailiyyətləri

11 Aprel 16:23
Bəyəndim (0) Bəyənmədim (0)

Kriştiano Ronaldo Dos Santos Aveiro 5 fevral 1985-ci ildə Portuqaliyanın Funşal şəhərində anadan olub. O, Maria Dolores və Xose Dinis Aveirodan dünyaya gələn dörd uşaqdan ən kiçiyidir. Ronaldo kiçik yaşlarından, atasının işlədiyi “Andorinya” klubunda futbol oynamağa başlamışdı. 1997-ci ildə, 12 yaşında olan Ronaldo Portuqaliyanın “Sportinq” klubu ilə sınaq oyunu keçirdi. O, üçgünlük sınaq zamanında məşqçiləri heyran etmişdi. Klub onu 1500 funt sterlinq müqabilində oyunçu kimi almağa qərar verdi. Ronaldo futbola çox bağlı idi, təhsilini davam etdirmək əvəzinə fudbol oynamağa üstünlük verdi. O, məktəbi 6-cı sinifə qədər oxumuşdur. Ronaldoya gənc yaşında taxikardiya diaqnozu qoyulub - bu ürəyin normadan daha tez, daha sürətli döyünməsinə səbəb olan ürək xəstəliyidir. Bundan sonra ürəkdən əməliyyat olundu və qısa zamanda məşqlərə geri döndü.

Ronaldo “Sporting” klubunda oynadığı oyunda “Manchester Yunayted”-in baş məşqçisi olan “Alex Fergison”-un diqqətindən yayınmadı, elə 2003-cü ildə 12.24 miyon funt sterlinqə “Mançester”-ə transfer olundu.

Növbəti mövsümdə ilk mükafatı ingiltərənin “Emirates FA” kuboku oldu. Ronaldo 2008, 2013, 2014, 2016-cı illərdə “Qızıl top” mükafatını qazanmışdı. Kriştiano həmçinin 2008, 2011, 2014, 2015-ci illərdə “UEFA qızıl butsi” mükafatının sahibi oldu. Bu mükafatı qazanan ilk və hələ ki, tək futbolçudur. Ronaldo, 2009-cu ildə (80 milyon) funt sterlinq dəyərində transferlə “Real Madrid”-ə imza atarkən, o zamanlar ən bahalı futbolçu idi. 2009-cu ildə “FİFA Puskas” mükafatının ilk qalibi oldu. Kriştiano “Real Madrid”-in,“UEFA Çempionlar liqasının” ən çox qol vuran oyunçusudur. Portuqaliya yığmasında 132 oyuna 61 qol vuran Ronaldo yığma komandasının tarixində ən çox oyun keçirmiş və ən çox qol vurub. Kriştiano çıxış etdiyi “Real Madrid” klubunun heyətində 2011-2012-ci mövsümündə bütün klubların qapısına yol taparaq, hamsına qol vurmuş ilk oyunçudur. Ronaldo hələ 23 yaşında çıxış etdiyi “Mançester Yunayted” klubunun heyətində çempionatın bombardiri olmuşdur və dünya futbol tarixində 31 qolla bombardir olan ilk və tək sol cinah yarım müdafiəçisi kimi də adını tarixə yazdırmışdır.

Kriştiano futbol tarixində 4 fərqli Avropa çempionatlarında qol vuran yeganə futbolçudur. O, 9 qolla Avropa çempionatının tarixində ən çox qol vurmuş oyunçudur. Portuqaliyalı 2004, 2006, 2008, 2010, 2012, 2014, 2016-cı illərdə keçirilmiş dünya və avropa çempionatlarında qol vurmaqla, 7 fərqli böyük turnirdə qol vurmuş tək futbolçu olmuşdur. Kriştiano Ronaldo XXI əsrin bombardiridir. Belə ki, müasir futbolda bütün furbolçular qol sayına görə, portuqaliyalı futbol kralından geridə qalır. Kriştiano təkçə “Real Madrid”-də 450 qol vurub.

2024-cü ilin sentyabırın 5-də UEFA millətlər liqasının Portuqaliyanın Xorvatiya üzərində 2-1 hesablı qələbəsi ilə yekunlaşmış matçda o, karyerasının 900-cu qolunu vurub. Hal-hazırda Kriştiano Səudi Ərəbistanın “Əl-Nəsr” komandasında çıxış edərək, 931 qolla dünya futbol tarixində ən çox qol vuran oyunçu olub. 1000 qola doğru gedən Ronaldo 40 yaşında karyerasını davam etdirir. Ronaldo 5 dəfə qızıl top qalibi, 5 dəfə Çempionlar liqasının qalibi, 4 qat klublar arasıdünya çempionatının qalibi, iki qat Super kubok qalibi və digər şəxsi nailiyyətləri ilə seçilir. Kriştiano Ronaldo “Premyer liqa” “İspan La Liqası” və “İtaliya Seria A” da çıxış edən hər liqanın bombardiri olan yeganə futbolçudur.

P.S. Tarix boyu Kriştiano Ronaldonun qol sayına hansısa futbolçu keçə biləcəkmi?


Aqşin Qoca