
"Real" Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Atletiko Madrid"i məğlub edib
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda Madrid derbisində "Real Madrid" "Atletiko Madrid"i 2:1 hesabı ilə məğlub edib.Bu barədə “Championat.com” xəbər verir.
Komandalar Madriddəki (İspaniya) "Santyaqo Bernabeu" stadionunda qarşılaşıblar. Oyunu Kleman Tyurpenin başçılıq etdiyi fransalı hakimlər briqadası idarə edib.
“Real Madrid”in heyətində qolları Rodriqo (4-cü dəqiqə) və Brahim Diaz (55-ci dəqiqə) vurub. "Atletiko"nun ilk qolunun müəllifi Xulian Alvaresdir (32).
Oyun axşamının qalan oyunlarının nəticələri:
"Brügge" - "Aston Villa" - 1:3
"Borussiya" - "Lill" - 1:1
PSV – “Arsenal” – 1:7
Bu cütlərdə cavab görüşləri martın 12-də baş tutacaq.
Almaz Həsənli
Digər xəbərlər