Rafael Fiziev Castin Qetci ilə yenidən döyüşə bilər
Dünyanın ən böyük döyüş təşkilatı olan UFC-də mübarizə aparan qarışıq döyüş növləri (MMA) döyüşçüsü azərbaycanlı Rafael Fiziyev məşhur amerikalı Castin Qetci ilə yenidən döyüşə bilər.
Qetci martın 8-də Las-Veqasda UFC 313-də Yeni Zelandiya döyüşçüsü Den Hukerlə qarşılaşmalı idi. Lakin Huker sparrinq sessiyalarının birində əlini sındırdı və nəticədə o, turnir kartından kənarlaşdırıldı.
Nəticədə, Qetci ilə döyüşdə Hukeri əvəz etmək üçün dərhal üç yüngül çəki dərəcəsində döyüşçü könüllü oldu, onların arasında azərbaycanlı atlet Rafael Fiziev də var idi və o, X sosial şəbəkəsində amerikalıya bu bəyanatla müraciət etdi: "Castin, gəl bunu bir daha təkrar edək!"
Xatırladaq ki, 2023-cü ilin martında Fiziyev Las-Veqasda keçirilən UFC turnirində Qetciyə uduzmuşdu.
Almaz Həsənli
















.jpg)
.jpg)






.jpg)



















.jpg)











































