Kapitan gəmisini tərk edir
Arda Turan Qalatasaraydan ayrılacağı barədə jurnalistlərə açıqlama verib.
O, hər zaman qalatasaraylı olduğunu, lakin klubdan ayrılmaq məcburiyyətində olduğunu bildirib.
Antaliyada azarkeşlər tərəfindən təhqir olunan futbolçu psixoloji gərginlik keçirdiyini və belə şəraitdə Qalatasarayda qala bilməyəcəyini söyləyib.
Qeyd edək ki, Fənərbaxça ilə oyundakı məğlubiyyət azarkeşləri hiddətləndirmişdi.
Arda Turan klubun prezidenti Adnan Polata getmək istədiyini, artıq Qalatasarayda qala bilməyəcəyini deyib.
Klub rəsmiləri isə hadisələrin araşdırılacağına söz veriblər.
O.M.
Digər xəbərlər