Eldəniz Əzizli, Nihat Məmmədli və Ülvi Qənizadə dünya çempionu oldular

Eldəniz Əzizli, Nihat Məmmədli və Ülvi Qənizadə dünya çempionu oldular

30 Oktyabr 14:23
Bəyəndim (1) Bəyənmədim (0)


Tiranada (Albaniya) qeyri-olimpiya çəki dərəcələrində yunan-roma güləşi üzrə dünya çempionatı başa çatıb.
Azərbaycanın üç yunan-roma güləşçisi tarixdə ilk dəfə olaraq dünya çempionatının qalibi olub.
55 kq-a qədər çəki dərəcəsində Eldəniz Əzizli adını finala yazdırıb. Həlledici döyüşdə Pəhləvanımız iranlı güləşçini məğlub edərək dördüncü dəfə dünya çempionatının qalibi olub.
63 kq çəki dərəcəsində mübarizə aparan idmançıların turnirində Nihat Məmmədli finalda Erjet Jarlikassini (Qazaxıstan) 6:1 hesabı ilə məğlub edərək dünya çempionu adını qazanıb.
Ülvi Qənizadə (72 kq-a qədər) final görüşündə Fransa təmsilçisi İbrahim Qanemə qalib gələrək, həm də yarışın qalibi olub.
Azərbaycan komandası 85 xal toplayıb və İranı 34 xal qabaqlayaraq komanda hesabında birinci yeri tutub.
Xatırladaq ki, 2023-cü il yunan-roma güləşi üzrə dünya çempionatında da Azərbaycan yığması komanda hesabında qalib olmuşdu.
Almaz Həsənli