UEFA Avropa Liqası: "Qarabağ" - "Ayaks"-0:3

UEFA Avropa Liqası: "Qarabağ" - "Ayaks"-0:3

25 Oktyabr 10:41
Bəyəndim (3) Bəyənmədim (0)

Dünən, UEFA Avropa Liqasının ümumi mərhələsinin üçüncü turu çərçivəsində Azərbaycan təmsilçisi “Qarabağ” futbol klubu Niderlandın "Ayaks" klubunu qəbul edib.

Təmsilçimiz rəqibini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edib. Birinci turda “Tottenhem”ə 0:3, ikinci turda isə Bakıda İsveçin “Malmö” klubuna 1:2 hesabı ilə uduzan Ağdam klubu bu dəfə də azarkeşlərini sevindirə bilməyib. Qurban Qurbanovun yetirmələri bu dəfə Amsterdam “Ayaks”ına heç nəyə müqavimət göstərə bilməyib - 0:3.

“Qarabağ” avrokuboklarda ardıcıl 5-ci məğlubiyyətini alıb.

"Qarabağ"ın 3 turdan sonra xalı yoxdur. Növbəti oyun noyabrın 6-da səfərdə Norveçin “Bodo Qlimt” komandası ilə olacaq.

Avropa Liqasının əsas mərhələsinin 3-cü turunun nəticələrinə əsasən, hələ də cəmi üç komanda xal toplaya bilməyib. Bunlar Təl-Əvivin “Makkabi”, Kiyev “Dinamo”su və “Qarabağ”dır. Ən pis top fərqinə görə Azərbaycan çempionu sonuncu, 36-cı pillədə qərarlaşıb.

Liderlər, hər üç görüşdə qalib gələn və hərəyə 9 xalı olan Belçikanın “Anderlext”, İtaliyanın “Latsio” və İngiltərənin “Tottenhem” klublarıdır.

Almaz Həsənli