“FİDE” Karlsen və Polqarı şahmat tarixinin ən yaxşı qrossmeysterləri adlandırıb
Beynəlxalq Şahmat Federasiyası (FIDE) norveçli Maqnus Karlsen və macar Judit Polqarı bütün zamanların ən yaxşı qrossmeysterləri adlandırıb. Bu barədə məlumat qurumun X sosial şəbəkəsindəki rəsmi səhifəsində dərc olunub.
Karlsen və Polqar cümə axşamı Budapeştdə “FİDE”-nin yüz illiyinə həsr olunmuş qala gecəsində mükafatlandırılıblar.
Norveç şahmatçısı Maqnus Karlsenin 33 yaşı var, Beynəlxalq Şahmat Federasiyasının reytinqinin lideridir, 2013-cü ildə klassik şahmat üzrə dünya çempionu adını alıb və onu dörd dəfə qoruyub. O, həmçinin hazırkı beşqat sürətli şahmat üzrə dünya çempionu, yeddiqat dünya blits çempionu və “FİDE” Dünya Kubokunun qalibidir. Karlsen 2011-ci il iyulun 1-dən dünya şahmat reytinqində birinci yerdədir. 2023-cü ildə norveçli könüllü olaraq beşinci müdafiəsindən imtina etdi və dünya çempionu titulunu şahmat tacı uğrunda döyüşdə rusiyalı Yan Nepomnyaşını məğlub edən çinli Din Lijen aldı.
2014-cü ildə təqaüdə çıxan Yudit Polqar 1989-2015-ci illərdə “FİDE”-nin qadınlar arasında reytinq cədvəlinə başçılıq edib. Macarıstan qadın komandasının üzvü kimi o, 1988 və 1990-cı illərdə Ümumdünya Şahmat Olimpiadalarında qızıl, həmçinin kişilərdən ibarət komandanın tərkibində iki dəfə gümüş medal qazanıb. Daha sonra Yudit “FİDE” reytinqini 2700-ə çatdıran yeganə qadın və Dünya Çempionatında iştirak edən yeganə qadın oldu (2005). Şöhrətli karyerası ərzində o, Anatoli Karpovdan tutmuş Maqnus Karlsenə qədər ardıcıl beş dünya çempionunu məğlub etdi.
Almaz Həsənli