Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadasında VIII turun oyunları başa çatıb
Azərbaycanın bu turda həm kişilərdən, həm də qadınlardan ibarət milli komandaları İtaliya yığmaları ilə qarşılaşıb və hər iki oyunda eyni nəticələrə imza atıblar (2:2).Doqquzuncu turda kişilərdən ibarət komandamız Yunanıstanla, qadınlardan ibarət yığmamız isə İsveçrə komandaları ilə qarşılaşacaqlar.
Yarışa İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5), Moldova (3:1) və Monteneqroya (3:1) komandalarına qalib gəlməklə başlayan Azərbaycanın kişilərdən ibarət yığması 5-ci turda Hindistana(1:3) , 6-cı turda isə Litvaya (1,5:2,5) məğlub olsalar da,7-ci turda Kazaxstana galib gəliblər (3:1). Yığmamız son olaraq İtaliya ilə xalları yarı bölüb (2:2). Komandamız hazırda 8-ci turdan sona 11 xalla 20-ci yerdədir.
Teymur Rəcəbovun kapitanı olduğu komandada Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alır.
İtaliya – Azərbaycan - 2:2
Daniele Vokaturo – Aydın Süleymanlı - 0,5:0,5
Lorenzo Lodici – Nicat Abasov - 0,5:0,5
Françesko Sonis – Rauf Məmmədov - 0,5:0,5
Sabino Brunello – Şəhriyar Məmmədyarov - 0,5:0,5
Nikaraquaya (4:0), Avstraliyaya ( 4:0) , Sloveniyaya (3:1) və Vyetnama (2,5:1,5) qalib gələn, Argentina (2:2) və Ukrayna (2:2) ilə heç-heçə oynayan qadınlardan ibarət yığmamız isə 7-ci turda Qazaxıstan ilə qarşılaşıb və bu görüşü uduzublar (1:3). Yığmamız son olaraq İtaliya ilə xalları yarı bölüb (2:2). Komandamız hazırda 8-ci turdan sona 11 xalla 20-ci yerdədir.
Azərbaycan – İtaliya - 2:2
Günay Məmmədzadə – Marina Brunello - 0,5:0,5
Ülviyə Fətəliyeva – Olqa Zimina - 1:0
Gövhər Beydullayeva – Yelena Sedina - 0,5:0,5
Xanım Balacayeva – Sala Quilia - 0:1
Olimpiadada Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova çıxış edirlər. Komandanın kapitanı Mixail Şereşevskidir.
Heyətlər daha sonra müəyyənləşəcək.
Xatırladaq ki, Şahmat Olimpiadası sentyabrın 10-da başlayıb və 23-dək davam edəcək.
Almaz Həsənli