Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadasında VI turun oyunları başa çatıb
Azərbaycan Litvaya məğlub olub və Vyetnama qalib gəlib, yeddinci turda hər iki yığma komandamız Kazaxstan komandaları ilə qarşılaşacaqlar.
Yarışa İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5), Moldova (3:1) və Monteneqro (3:1) komandalarına qalib gəlməklə başlayan Azərbaycanın kişilərdən ibarət yığması 5-ci turda Hindistana(1:3) , 6-cı turda isə Litvaya (1,5:2,5) məğlub olublar. Komandamız hazırda 6-ci turdan sona 8 xalla 22-ci yerdədir.
Teymur Rəcəbovun kapitanı olduğu komandada Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alır.
AZƏRBAYCAN - LITVA - 1,5:2,5
Aydın Süleymanlı – Titas Stremaviçius - 0,5:0,5
Nicat Abasov – Paulius Pultineviçius - 0:1
Şəhriyar Məmmədyarov – Valeri Kazakovski - 1:0
Məhəmməd Muradlı – Tomas Laurusas - 0:1
Nikaraquaya (4:0), Avstraliyaya ( 4:0) və Sloveniyaya (3:1) qalib gələn, Argentina (2:2) və Ukrayna (2:2) ilə heç-heçə oynayan qadınlardan ibarət yığmamız isə 6-ci turda Vyetnam ilə qarşılaşıb və bu görüşü qalib başa vurublar (2,5:1,5). Komandamız hazırda 6-ci turdan sona 10 xalla 10-cu yerdədir.
AZƏRBAYCAN – VYETNAM - 2,5:1,5
Günay Məmmədzadə – Li Fam - 0:1
Ülviyyə Fətəliyeva – Ti Vo - 1:0
Gövhər Beydullayeva – Fonq Lunq - 1:0
Xanım Balacayeva – Nqok Bax - 0,5:0,5
Olimpiadada Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova çıxış edirlər. Komandanın kapitanı Mixail Şereşevskidir.
Bu gün Olimpiadada istirahət günüdür,VII turun oyunları 18 sentyabrda baş tutacaqdır.
Heyətlər daha sonra müəyyənləşəcək.
Xatırladaq ki, Şahmat Olimpiadası sentyabrın 10-da başlayıb və 23-dək davam edəcək.
Almaz Həsənli