“McLaren”in avstraliyalı pilotu Oskar Piastri Azərbaycan Qran-Prisinin qalibi olub
Formula 1 Azərbaycan Qran-Prisində əsas yarışlar başa çatıb.
Əsas yarışda hər biri iki pilotdan ibarət 10 komanda güclərini sınayıb.
Gərgin keçən mübarizədə “McLaren”in avstraliyalı pilotu Oskar Piastri rəqiblərini qabaqlayaraq qalib gəlib. İkinci yeri Şarl Lekler (“Ferrari”), üçüncü yeri isə Corc Rassell (“Mercedes”) tutub.
Yarış başa çatandan sonra mükafatlandırma mərasimi keçirilib. Əvvəlcə Formula 1 Azərbaycan Qran-Prisininin qalibinin şərəfinə Böyük Britaniya və Avstraliyanın Dövlət himnləri səsləndirilib.
Sonra fəxri yer tutanlara mükafatlar təqdim edilib. Mükafatları Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem və “Qatar Airways”in Afrika üzrə vitse-prezidenti Hendrik Du Preez, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Gənclər və idman naziri Fərid Qayıbov təqdim ediblər.
Emin Axundov, Murad Şahməmmədov, Oxuməni.az