Formula 1-in ilk dünya çempionatı 1950-ci il mayın 13-də keçirilib

Formula 1-in ilk dünya çempionatı 1950-ci il mayın 13-də keçirilib

15 Sentyabr 16:13
Bəyəndim (0) Bəyənmədim (0)

Formula 1 yarışlarının yaranma tarixinə qısa nəzər salsaq, bu zamanın 1920-ci ilə qədər gedib çıxdığını araşdıraraq izləyə bilərik.

Hələ ötən illərdə keçirilən Avropa Qran Pri turnirləri qısa zaman ərzində böyük marağa səbəb ola bilmişdi.

Bəşəriyyətin ən böyük bəlası olan 2-ci dünya müharibəsinin başlaması səbəbi ilə Formula 1 yarışlarına da, başqa yarışlar kimi fasilə verildi. Müharibə bitdikdən sonra formula yarışları da yenidən təşkil olunmağa başladı.

Rəsmi olaraq ilk dəfə dünya çempionatı isə 1950-ci il mayın 13-də, İngiltərədə keçirildi.

Çox böyük maraqla izlələnən yarışda 21 bolid qələbə uğrunda mübarizə aparırdı. Finiş xəttinə birinci gələn isə “Alfa Romeo”nun italyalı pilotu Cüzeppe Nino Farina dünya çempionatının ilk qalibi kimi adını tarixə yazdırmağı bacarmışdı.

Ümumi olaraq Formula 1 yarışları tarixində ən çox çempionluq yaşayan pilot Mixael Şumaxer olmuşdur...

Hazırda ölkəmizdə Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 yarışı keçirilir. Belə yarışlara vətəndaşlar tərəfindən hər il maraq artmaqdadır. Dövlətimiz hər il belə yarışlardan kifayət qədər gəlir əldə edir. Həm də belə turnirlərin təşkili Azərbaycanı dünya ölkələrinə daha yaxından tanıdır. Tarix hər gün dəyişir. Zaman gələcək necə ki, biz bu gün F1-in tarixini araşdırırıq, eləcə də bizi F1-in ən yaxşı təşkilatçı dövləti kimi araşdıracaqlar...

Emin Axundov və Murad Şahməmmədov

Oxuməni.az