Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir
Azərbaycan Monteneqro və Sloveniyanı məğlub edib, beşinci turda isə Hindistan və Ukrayna ilə qarşılaşacaq
Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir.
Yarışa İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5) və Moldova (3:1) komandalarına qalib gəlməklə başlayan Azərbaycanın kişilərdən ibarət yığması 4-cü turda Monteneqro ilə qarşılaşıb və bu görüşdən qalib ayrılıblar (3:1). Komandamız hazırda 4-cü turdan sona 5-cı yerdədir.
Teymur Rəcəbovun kapitanı olduğu komandada Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alır.
Azərbaycan -Monteneqro - 3:1
Aydın Süleymanlı – Denis Kadriç - 1:0
Nicat Abasov – Nikita Petrov - 0,5:0,5
Rauf Məmmədov – Nikola Cukiç - 0,5:0,5
Şəhriyar Məmmədyarov – Luka Draskoviç - 1:0
Nikaraqua (4:0) və Avstraliyaya ( 4:0) qalib gələn, Argentina (2:2) ilə heç-heçə oynayan qadınlardan ibarət yığmamız isə 4-cü turda Sloveniya ilə qarşılaşıb və bu görüşdən qalib ayrılıblar (3:1). Komandamız hazırda 4-cü turdan sona 12-cı yerdədir.
Azərbaycan - Sloveniya - 3:1
Günay Məmmədzadə – Laura Umuk - 1:0
Ülviyyə Fətəliyeva – Zala Urx - 0,5:0,5
Gövhər Beydullayeva – Lara Yanzel - 1:0
Gülnar Məmmədova – Teya Vidiç - 0,5:0,5
Olimpiadada Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova çıxış edirlər. Komandanın kapitanı Mixail Şereşevskidir.
Azərbaycanın kişilərdən ibarət yığması V turda Hindistan, qadınlardan ibarət komandamız isə Ukrayna ilə qarşılaşacaqlar.
Heyətlər daha sonra müəyyənləşəcək.
Xatırladaq ki, Şahmat Olimpiadası sentyabrın 10-dan 23-dək davam edəcək.
Almaz Həsənli