Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşü baş tutub
"Mercedes"in pilotu 3-cü sərbəst yürüşü qələbə ilə başa vurub.
3-cü sərbəst yürüşdə 10 komanda arasında ən yaxşı nəticəyə "Mercedes"in britaniyalı pilotu Corc Rassell nail olub. İkinci yeri monakolu "ferrari" sürücü Şarl Lekler, 3-cü yeri isə "MakLaren"in britaniyalı pilotu Lando Norris tutub.
Xatırladaq ki, birinci sərbəst yürüşdə qalib“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen, ikinci sərbəst yürüşdə isə Ş.Lekler qalib olublar.
Bu gün, həmçinin saat 14:15-də Formula 2 üzrə sprint yarışı və saat 16:00-da Formula 1 üzrə sıralama turu baş tutacaq.
Emin Axund, Murad Şahməmməd
Digər xəbərlər