"Formula-1" üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüşü başa çatıb
Uzunluğu 6 km olan Bakı trekində 10 komanda iştirak edib.
Ən yaxşı nəticəni “Oracle Red Bull Racing” komandasının pilotu Maks Verstappen göstərib.
Sonrakı yerlərdə “Mercedes-AMG Petronas” komandasının pilotu Lyis Hamilton və “Oracle Red Bull Racing” komandasının digər pilotu Serxio Perez qərarlaşıb.
Bu gün keçirilən sərbəst yürüşləri zamanı qəzalar baş verib.
"Williams" komandasının pilotu bolidi səddə çırpıb və nəticədə mübarizəni dayandırıb.Bir az ondan əvvəl "Ferrari" pilotu Şarl Leklerin idarə etdiyi bolid birinci sərbəst yürüşdə baryerə çırpılıb.
Hadisə 15-ci döngədə baş verib. Nəticədə qırmızı bayraq qaldırılıb. Leklerin avtomobili trasdan çıxarılıb.
Qeyd edək ki, bu gündən start götürən "Formula-1" Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.