Türkmənistanın təşəbbüsü Dostluq Oyunları barədə qətnamə qəbul edilib
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Türkmənistanın təşəbbüsü ilə BMT-nin Dostluq Oyunları ilə bağlı qətnamə qəbul edib. Bu barədə “Neytral Türkmənistan” rəsmi qəzeti məlumat yayıb.
Nəşr yazır ki, sənəd 87 ölkə tərəfindən dəstəklənib. Qeyd olunur ki, BMT öz qətnaməsi ilə Türkmənistanda idman, bədən tərbiyəsi və sağlamlıq hərəkatının inkişafı, bu sahədə dövlətlər və xalqlar arasında əməkdaşlığın inkişafı istiqamətində görülən nəhəng işləri alqışlayıb və dəstəkləyib.
Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun sözlərinə görə, ölkə BMT ilə səmərəli əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır. Türkmənistan, onun fikrincə, regional və qlobal gündəmdə olan mühüm məsələlərin qarşılıqlı razılaşdırılmış həll yollarının işlənib hazırlanmasında mühüm rol oynayır və bütün bəşəriyyətin rifahı naminə öz yaradıcı potensialını reallaşdırmağa çalışır.
2022-ci ildə MDB Dövlət Başçıları Şurasının Astanada keçirilən iclasında çıxış edən Berdiməhəmmədov ilk Dostluq Oyunlarının Türkmənistanda keçirilməsini təklif edib. Onun sözlərinə görə, Oyunlar təkcə MDB ölkələrindən deyil, onlara maraq göstərən digər ölkələrin idmançılarının da iştirakı üçün açıq olmalıdır.
Oxuməni.az