Dünya rekordçusu Olimpiya finalında yıxılaraq hüşunu itirib
3000 metr məsafəyə maneəli qaçışda dünya rekordçusu Lameha Girma (Efiopiya) Olimpiya Oyunlarının finalında cığırın üstünə yıxılıb və ayağa qalxa bilməyib.
Efiopiyalını xərəkdə tribunaların altındakı otağa aparıblar.
Girma Tokio Olimpiadasının 3000 m məsafəyə maneəli qaçışda gümüş mükafatçısıdır. 2023-cü ilin fevralında o, qapalı məkanda 3000 m məsafəyə qaçışda dünya rekordu müəyyən edib.
Final yarışında mərakeşli Soufiane El-Bakkali 8 dəqiqə 6,05 saniyə nəticə ilə qızıl medal qazanıb. Bu, onun karyerasında ikinci olimpiya qızılıdır. Gümüş medalı amerikalı Kennet Ruks (8:06,41), bürünc mükafatı isə keniyalı Abraham Kibivot (8:06,47) qazanıb.
Oxuməni.az
Digər xəbərlər