İsveçdə minifutbol üzrə beynəlxalq turnir keçiriləcək

İsveçdə minifutbol üzrə beynəlxalq turnir keçiriləcək

8 İyul 10:41
Bəyəndim (0) Bəyənmədim (0)

İyulun 19-da Stokholm şəhərində İsveçdə yaşayan diaspor təşkilatlarının və ictimai qurumlarının arasında "Stockholm United FM 2024 - SUSA FM 2024" minifutbol turniri başlayacaq. Turnirin təşkilatçısı və layihə müəllifi Stockholm United Sport Academy-nin ( SUSA ) rəhbəri, tanınmış azərbaycanlı, İsveçdə yaşayan və Azərbaycanımızı dünyaya tanıdan vətənpərvər, gözəl insan, məşqçi Rüfət Əhmədovdur.

Üçüncü dəfə keçirilən bu turnirdə 16 komanda, o cümlədən Azərbaycan komandası da iştirak edəcək. Komandamızın baş məşqçisi Şakir Bilalovdur.

Tunirin tərəfdaşları "Stockholm Fotbollförbundet", "Balder-Martin Kesenci" firması, informasiya dəstəyi "Oxumeni qəzeti""Oxumeni.az" saytıdır

Qeyd edək ki, ilk dəfə turnir 2022-ci ildə keçirilmiş və Şuşa şəhərinə həsr edilmişdi. O vaxt Azərbaycan komandası fəxri 3-cü yeri tutmuşdu.

2022-ci ildə Azərbaycanı yarışa "Stockholm United Sport Academy Fotboll Masterskap 2022" beynəlxalq turnirinin təşkilatçısı və layihə müəllifi Rüfət Əhmədov hazırlamışdı.

Turnirdə keçirilən hər oyun və nəticələr barədə saytımızda ətraflı məlumat verəcəyik.

İyulun 5-də turnir iştirakçıları arasında püşk atılıb. 16 komanda 4 qrupa bölünüb.

Qruplar

A

Polşa
Nicaragua
Turkiyə
Qırğızıstan

⚽ B

Ukrayna
Ekvador
Tanzaniya
Özbəkistan

⚽️ C

Gürcüstan
Meksilka
Senegal
Qazaxstan

⚽️ D

İsveç
Braziliya
Nigeriya
Azərbaycan

Oxumeni.az