"Real Madrid" Çempionlar Liqasının qalibi olub

"Real Madrid" Çempionlar Liqasının qalibi olub

2 İyun 01:07
Bəyəndim (0) Bəyənmədim (0)

UEFA Çempionlar Liqasında 2023-2024-cü illər mövsümünə yekun vurulub.

Finalda Almaniyanın “Borussiya Dortmund” və İspaniyanın “Real Madrid” komandaları üz-üzə gəliblər.

İngiltərənin paytaxtı London şəhərində yerləşən “Uembli” stadionunda oynanılan görüş "Kral klubu"nun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Komandanın qollarını 74-cü dəqiqədə Daniel Karvaxal, 83-cü dəqiqədə Vinisius Junior vurub.

Beləliklə, “Real Madrid” 1 illik fasilədən sonra və tarixində 15-ci dəfə Çempionlar Liqasının qalibi olub. Baş məşqçi Karlo Ançelotti üçün isə bu dördüncü tituldur. Daha öncə italiyalı mütəxəssis 2022/2023 mövsümündə Yürgen Kloppun “Liverpul”unu yenərək “Real Madrid”i 14-cü dəfə çempion edib. Eyni zamanda, o, 2002/2003 və 2006/2007 mövsümlərində İtaliya “Milan”ı ilə də bu titulu əldə edib.

Oxuməni.az