
"Qalatasaray"ın futbolçusu Davinson Sançesin yuxarı sol arxa əzələsində dartınma aşkarlanıb
"Qalatasaray"ın kolumbiyalı müdafiəçisi Davinson Sançesin yuxarı sol arxa əzələsində ikinci dərəcəli dartınma aşkarlanıb.
Klubdan yerli mətbuata verilən açıqlamaya görə, Trendyol Super Liqasının 13-cü həftəsində keçirilən "Korendon Alanyaspor" oyununda zədələnən Davinson Sançesin MRT-si çəkilib.
Müayinələrdən sonra Sançesə yuxarı sol arxa əzələ qrupunda 2-ci dərəcəli gərginlik diaqnozu qoyulub və müalicəsinə başlanılıb.
Oxuməni.az
Digər xəbərlər