Baş məşqçi vəzifəsindən uzqlaşdırıldı
Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi Salih Bora vəzifəsindən uzaqlaşdırılıb. Belə ki, Güləş Federasiyasının rəhbərliyi türkiyəli mütəxəssislə başa çatan müqavilənin müddətini artırmaqdan imtina edib. Halbuki, ötən ilin sentyabrında millimizdə Fərid Mansurovu əvəzləyən Bora ilə müqavilənin müddəti London Yay Olimpiya Oyunlarının sonunadək nəzərdə tutulmuşdu. Boranın rəhbərliyi altında milli komandamız London olimpiadasında 1 gümüş 1 bürünc medal qazanmışdı.
İndən belə yığmamızı iranlı mütəxəssis çalışdıracaq. Əldə etdiyimiz məlumata görə, həmin şəxs London Olimpiadasında İran millisinin ikinci məşqçisi olub. Amma onun adı hələlik açıqlanmır.
O.M.
Digər xəbərlər

















































.jpg)
.jpg)
.jpg)

































