
Ekoloji fəallar Berlin marafonunu pozmağa çalışıblar
«Sonuncu nəsil» hərəkatının fəalları Berlin marafonunun başlamasına az qalmış marşruta narıncı boya töküblər. Polis etirazçıları saxlayıb. «Sonuncu nəsil» hərəkatının üzvləri Berlin marafonunu pozmağa cəhd ediblər. Yarışın başlamasından bir neçə dəqiqə əvvəl ətraf mühit fəalları narıncı boya vedrələrini yola tökməyə başlayıblar. Polis bir neçə etirazçını saxlayıb. Bir təhlükəsizlik əməkdaşı yaralanıb. 42 kilometr 195 metr məsafəyə yürüşdə 156 ölkədən 48 minə yaxın idmançı iştirak edib.
Kişilər arasında keniyalı Eliud Kipchoge qalib olub. Qadınların yarışında efiopiyalı Tigist Assefa dünya rekordunu yeniləyərək qalib gəlib.
Murad Şahməmməd
Digər xəbərlər