
Arda Turanın həyat yoldaşı Aslıhan Doğan Turan körpəsini itirib
Məşhur futbolçu Arda Turanın 2 aylıq hamilə olan həyat yoldaşı Aslıhan Doğan Turan körpəsini itirib. Məşhur cütlük pis xəbəri həkim nəzarəti zamanı öyrənib.
2018-ci ilin martında “Qalatasaray”ın futbolçusu Arda Turanla ailə həyatı quran Aslıhan Doğan Turan 2018-ci ildə Həmzə Ardanı, 30 iyun 2020-ci ildə isə Asil Aslanı dünyaya gətirib. Çoxuşaqlı ailələri sevdiyini və 4 uşaq sahibi olmaq istədiyini deyən Aslıhan Turan bir qızı olacağını sosial şəbəkələrdə bildirmişdi.
Turanın üçüncü dəfə valideyn olmaq arzusu yarımçıq qalıb. 2 aylıq hamilə olan Aslıhan, adi həkim müayinəsi zamanı körpəsini itirdiyini öyrənib.
Murad Şahməmməd
Digər xəbərlər