Futbolçular matçda hakimi döyərək öldürdülər
Hollandiyanın futbol çempionatında cinayət hadisəsi baş verib. The Guardian-nın məlumatına görə, yeniyetmələr arasında keçirilən ölkə çempionatının oyunlarının birində futbolçular yan hakim Riçard Novehuyzen Laynsmenin üstünə şığıyaraq onu döyüblər. Amsterdamın "Noyv Sloten" komandasının azğınlaşmış oyunçuları 41 yaşlı Femida keşikçisinə meydandan qaçmağa imkan verməyiblər. Onu tamaşaçıların gözü qarşısında möhkəm əzişdiriblər. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırıla da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisədə şübhəli bilinən 3 oyunçu göz altına alınsa da, istintaq zamanı onların sayının artacağı istisna deyil. Hələliksə adıçəkilən komanda yarışdan çıxarılıb və bütün heyət üzvləri komandadan qovulub.
Hollandiyanın idman və səhiyyə naziri Edit Şippers NOS telekanalına müsahibəsində məlum insidenti kəskin pisləyib. "Belə bir hadisənin Niderland futbolunda baş verməsi dəhşətdir", - deyə nazir hiddətini gizlətməyib.
Xatırladaq ki, bu, Hollandiya futbolunda ilk fakt deyil. 2011-ci ilin avqust ayında II divizyonun matçı zamanı "Oss" komandasının əlil azarkeşi arabada yaşıl meydana enərək baş hakimi öldürmək istəmişdi.
O.M.






.jpg)

.jpg)
.jpg)





















































.jpg)


.jpg)
.jpg)



















