“Real Madrid”in yeni baş məşqçisi Karlo Ançelotti və ya Yoahim Lev ola bilər
Madridin "Real" komandasının rəhbərliyi bu sezonun sonunda fəaliyyət müddəti bitəcək baş məşqçi Joze Mourinyonun yerinə yeni namizəd axtarışındadır. İnterfax-ın Marca-ya istinadən yaydığı xəbərə görə, hazırda "Kral klubu" 2 namizədin üzərində dayanıb: Karlo Ançelotti və Yoahim Lev. Məlumatda o da bildirilir ki, seçim zamanı italiyalı mütəxəssisə üstünlük verilə bilər. Belə ki, onun yerli klublarla işləmək təcrübəsi böyükdür.
Qeyd edək ki, hələlik Joze Mourinyo sezon sonunda "Real"ı tərk edib-etməyəcəyi məsələsinə aydınlıq gətirməyib.
O.M.
Digər xəbərlər






















































































