Di Mariyanın son qərarı "Qalatasaray" azarkeşlərini üzdü

Di Mariyanın son qərarı "Qalatasaray" azarkeşlərini üzdü

12 May 2023 11:48
Bəyəndim (0) Bəyənmədim (0)

"Qalatasaray"ın transfer siyahısında yer alan və İtaliya nəhəngi "Yuventus"la müqaviləsi mövsümün sonunda bitəcək Argentinalı ulduz Di Mariya üçün Türkiyənin heç bir imkanının olmadığı bildirilib. Anxel Di Mariya üçün yeni iddia ortaya atılıb. İtaliyanın "Yuventus" komandası ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Yayılan xəbərlərə görə, argentinalı ulduz "Yuventus"la yeni müqavilədə ciddi irəliləyiş əldə edib.

Argentinalı ulduz əvvəlki açıqlamasında "Yuventus"da xoşbəxtəm deyərək bildirmişdi. Hələ dəqiq bir şey yoxdur. Hazırda bütün diqqətimi UEFA Kubokuna yönəltmişəm. Mövsümün sonunda nə olacağını görəcəyik" kimi fikirlərini ifadə etmişdir. Futbolçu "Qalatasaray"ın onunla maraqlandığı barədə gedən söhbətlərə aydınlıq gətirməyib.

Murad Şahməmmədov