Dünya ulduzu Firmino Super Liqaya gəlir

Dünya ulduzu Firmino Super Liqaya gəlir

5 May 2023 09:03
Bəyəndim (0) Bəyənmədim (0)

"Qalatasaray" Roberto Firminonun transferi üçün qollarını çırmaladı. "Sarı-qırmızılar" braziliyalı ulduz üçün heç bir ifadə vermədən bütün şərtləri yerinə yetirəcək. Firminonun "Qalatasaray"ın marağından razı qaldığı öyrənilib. Bu mövsüm etdiyi transferlərlə azarkeşlərini məftun edən "Qalatasaray" növbəti mövsümdə də eyni siyasəti davam etdirəcək. İspan mətbuatından verilən xəbərə görə "Qalatasaray" Firminonu heyətinə qatmağa çalışır. Mövsümün sonunda "Liverpul"dan ayrılacaq Firmino "Qalatasaray"ın marağından razı qalıb. Çoxlu təkliflər alan 31 yaşlı futbolçunun maaşının olmaması klubların iştahını artırıb.


Oxumeni.az